Peskov: Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir
Moskva ilə Ankara Türkiyənin inventarında olan "S-400" zenit-raket sistemlərinin mümkün təkrar satışını müzakirə edir.
"İnformator.az" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Burada mən bir şeyi deyə bilərəm: bu çox həssas mövzudur. Bizim Türkiyə tərəfi ilə bu mövzuda təmaslarımız olub. Bu təmasları davam etdirəcəyik", - o deyib.
Daha əvvəl "Hürriyet" qəzeti bildirmişdi ki, Türkiyənin Rusiyadan aldığı "S-400"lər Fars körfəzi ölkələrindən birinə satıla bilər. Nəşrin məlumatına görə, Ankara ona ABŞ-nin CAATSA sanksiyalarının təsirindən çıxmağa və "F-35" qırıcılarının istehsalı proqramına qayıtmağa imkan verəcək hüquqi formul axtarır.