Peskov: Rusiya Ukrayna hücumlarına cavabını sistemli şəkildə davam etdirəcək
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukraynanın hücumlarına qarşı cavab tədbirlərini sistemli şəkildə davam etdirir. Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatların məqsədlərindən biri də bu cür hücumların qarşısını almaqdır.
Peskov həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna hazırlıq görür və forumdakı çıxışında iqtisadi məsələlərlə yanaşı siyasi mövzulara da toxunacaq. Putin bu gün Tanzaniya Prezidenti Samia Suluhu Hassan ilə də görüş keçirəcək.
Tass
Ədilə Hüseynzadə