Pezeşkian İranda Zəngəzuru təbliğ edir
“İran Prezidenti Məsud Pezeşkian və oğlu Yusif ictimaiyyət önündə Zəngəzur dəhlizini təbliğ edir”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
“Müharibə zamanı İran Rusiyadan Ermənistana gələn hərbi yüklər üçün Ermənistanla sərhədi iki həftəlik bağlamışdı və müharibədən sonra Azərbaycanı təbrik etmişdi. Hazırkı İran prezidenti və oğlu isə ictimaiyyət önündə Sünik yolunun (Zəngəzur dəhlizi) açılmasını təbliğ edirlər. Bu, İranın “bacarıqlı siyasət”inin dərinliyindən irəli gəlir”, - ekspert bildirib.