00:00:00
Yazar
Admin User
26.09.2023 19:40 296 1 dəq oxuma
Sosial

Plastikdən hazırlanan çay paketləri xərçəng riski daşıya bilər

Plastikdən hazırlanan çay paketləri xərçəng riski daşıya bilər

Yalova Universiteti Tibb Fakültəsi Dekanı Professor Vefik Arıca plastikdən hazırlanan çay paketlərinin kanserogen təsirə malik olduğunu və sonsuzluq təhlükəsi olduğunu bildirib.


İnformator.az Haber Globala istinadən xəbər verir ki, professor açıqlamasında bəzi çay paketlərində qaynar su ilə təmasdan sonra epiklorohidrin adlı maddənin meydana gəldiyini bildirib. Bu maddənin kanserogen təsirə malik olduğunu və immunitet sistemini aşağı saldığını izah edən professor "Ən əsası sonsuzluğa səbəb olan bir maddədir. Xüsusilə çay paketlərində qaynar su ilə təmasdan sonra əmələ gələn epiklorohidrin bədəndə dağılır. Qısa və orta müddətdə müəyyən zərər verə bilər" deyib.

 

O, plastik çay paketləri yerinə dəmlənmiş çaylara üstünlük verilməsi lazım olduğunu sözlərinə əlavə edib:


"Xüsusilə piramida şəkilli çay paketlərinin tərkibində plastik olma ehtimalı daha yüksəkdir. Təbii liflərdən və ya banan yarpaqlarından hazırlanmış çay paketləri təbii və orqanikdirsə, içmək olar”.

 

Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər