00:00:00
Yazar
Admin User
04.08.2025 17:16 149 1 dəq oxuma
İdman

Pley-offda "Sabah" və "Araz"ın potensial rəqibləri bəlli olub

Pley-offda "Sabah" və "Araz"ın potensial rəqibləri bəlli olub

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə "Sabah" və "Araz-Naxçıvan" klublarının da mümkün rəqibləri müəyyənləşib.

Bakı klubu III təsnifat mərhələsində Bolqarıstanın "Levski" komandasını üstələyəcəyi halda, AZ Alkmaar (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə ilə üz-üzə gələcək.

Naxçıvan təmsilçisi isə III raundda Kiprin "Omoniya" komandasını mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə PAOK (Yunanıstan) – “Volfsberq” (Avstriya) duelinin məğlubu ilə qarşılaşacaq.

 

Xatırladaq ki, pley-off mərhələsinin ilk oyunları avqustun 21-də, cavab görüşləri isə 28-də keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər