00:00:00
Yazar
Səadət Əlizadə
27.05.2026 18:18 23 1 dəq oxuma
Media

Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat başa çatıb

Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat başa çatıb

Polis əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatına yekun vurulub.

 

"İnformator.az" xəbər verir ki, yarışda müxtəlif rayon və şəhər polis orqanlarının əməkdaşlarından ibarət 14 komanda iştirak edib.

 

 

Qeyd edək ki, mayın 1-dən etibarən bölgələrdə zona yarışlarına start verilmiş çempionatda ümumilikdə 10 minə yaxın polis əməkdaşı iştirak edib. Yarışın yekun nəticələrinə əsasən DİN Əlahiddə Çevik Polis Alayı birinci yerə layiq görülüb. Bakı şəhər Baş Polis İdarəsinin komandası ikinci, Zəngilan Rayon Polis Şöbəsinin komandası isə üçüncü yeri tutub.

 

Qalib komandalara kubok və medallar təqdim olunub.

#əlbəyaxa #döyüş #polis #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər