00:00:00
Yazar
Admin User
23.01.2015 11:11 387 1 dəq oxuma
Sosial

Polis əməkdaşı ilə mübahisə edən sürücülərə qarşı tədbirlər görüləcək

Sürücü-polis münasibətlərində yaranan gərginliyin səbəbləri açıqlanıb
Polis əməkdaşı ilə mübahisə edən sürücülərə qarşı tədbirlər görüləcək

Bakı şəhəri Dövlət Yol Polisi İdarəsi sürücü-polis münasibətlərində yaranan gərginliyin səbəblərini açıqlayıb.

Qurum rəhbərliyi polis əməkdaşları ilə mübahisə edən sürücülərə qarşı daha ağır tədbirlər görəcək. Bakı Şəhər Baş Polis İdarəsinin şöbə müdiri Vaqif Əsədovun sözlərinə görə, yolda hərəkət zamanı qaydaları pozan, polisə müqavimət göstərən sürücülərin əksəriyyətinin inzibati xəta törətməyə meyilli olanlardır.

“İnzibati xəta törətməyə meyilli olanlar polisi sevməyən qüvvələrdir. Polisin fəaliyyəti zamanı ona müdaxilələrin edilməsi, onun fəaliyyətinə maneə yaratması, müxtəlif üsullarla xəsarət yetirməsi cinayətkarlığa meyilli olan şəxslər tərəfindən edilir. Qanunvericiliyin tələblərinə əsasən, polis onlara qarşı qətiyyətli addımlar atır” deyən polkovnik Vaqif Əsədovun sözlərinə görə, onlar zərərsizləşdirilərək qanun qarşısında cavab verirlər.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər