00:00:00
Yazar
Admin User
21.06.2023 17:09 422 1 dəq oxuma
Sosial

Polşa ali təhsil təcrübəsi ADMİU heyəti ilə müzakirə olunub

Polşa ali təhsil təcrübəsi ADMİU heyəti ilə müzakirə olunub

Polşa Universitetlərinin Rektorlar Konfransının (CRASP) təcrübəsini öyrənmək üçün 30 yanvar – 03 fevral 2023-cü il tarixlərində Varşava şəhərində “Strateji inkişaf” mövzusunda təlim və seminarlarda iştirak etmiş layihənin “Strateji inkişaf” üzrə komitəsinin üzvü, ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin müdiri Nizami Əsədov səfərdə əldə etdiyi təcrübə və məlumatları universitetin akademik və inzibati heyəti ilə bölüşüb.

 

O, ali təhsil müəssisələrinin strateji inkişaf problemləri və onların həll yolları, Polşa ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları, insan resurslarının idarə edilməsi, CRASP-ın milli və beynəlxalq təcrübələri haqda ətraflı məlumat verib.

 

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər