Polşa Prezident Şurası təcili iclas keçirəcək
Polşa Prezident Parlamentarilər Şurası axşam saatlarında təcili iclas keçirəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə Parlamentarilər Şurasının sədri Marçin Xorala məlumat verib.
Polşada siyasi böhran Baş nazir Donald Tuskun öz hökumətinin keçmiş üzvü Maçey Bereki Konstitusiya Məhkəməsinin hakimi təyin etməsindən sonra başlayıb. Son həftələrdə məhkəmənin binası qarşısında mütəmadi olaraq etiraz aksiyaları keçirilir.
Oktyabrın 30-da ölkənin ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Boqdan Sventçkovskinin vəzifəsindən kənarlaşdırılması və toxunulmazlığının ləğv edilməsi barədə vəsatət qaldırıb.
Məhkəmənin ərazisinin mühafizəsinə əlavə polis qüvvələri cəlb olunub. Oktyabrın 31-nə keçən gecə etirazçılar məhkəmənin binası qarşısına toplaşaraq hasarı aşmağa cəhd ediblər. Polis üç nəfəri saxlayıb.
Böhranın kəskinləşməsi fonunda Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb. Bundan sonra gecə yarısı radələrində prezident Konstitusiya Məhkəməsinin binasına gələrək içəri daxil olub. Bu zaman dövlət başçısının binaya daxil olmasına mane olmağa çalışan hakimlərlə onun arasında qarşıdurma baş verib. Polislə prezidentin mühafizə xidmətinin əməkdaşları arasında da toqquşma yaşanıb.
Bir sıra müxalifət siyasətçiləri baş verənləri “dövlət çevrilişinə cəhd” kimi qiymətləndiriblər.