00:00:00
Yazar
Admin User
03.12.2025 13:32 107 1 dəq oxuma
İdman

Portuqaliya DÇ-2026 üçün ev formasını təqdim edib

Portuqaliya DÇ-2026 üçün ev formasını təqdim edib

Portuqaliya milli komandası 2026-cı il dünya çempionatında çıxış edəcəyi yeni ev formasını təqdim edib.


"İnformator.az" xəbər verir ki, yeni formalar milli komandanın sosial şəbəkə hesablarında “Portuqaliyanın ruhu, okeanın gücü” şüarı ilə təqdim olunub.


Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsinin nəticələrinə əsasən Portuqaliya F qrupunda İrlandiya, Macarıstan və Ermənistanı qabaqlayaraq birinci yeri tutub. Portuqaliya yığmasının lideri Kriştianu Ronaldu dünya çempionatında komandanın ilk oyununda iştirak edə biləcək. O, qırmızı vərəqəyə görə aldığı cəzanın əsas hissəsini artıq başa vurub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər