00:00:00
Yazar
Səadət Əlizadə
05.10.2026 22:55 39 1 dəq oxuma
Sosial

POS-terminal yoxdur: niyə bəzi mağazalarda yalnız kartdan-karta ödəniş edilir?

POS-terminal yoxdur: niyə bəzi mağazalarda yalnız kartdan-karta ödəniş edilir?

Bəzi mağaza və xidmət obyektlərində POS-terminal olmadığı üçün ödənişlər yalnız kartdan-karta köçürmə ilə qəbul edilir. Bu vəziyyət həm istehlakçılarda, həm də sahibkarlarda suallar yaradır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, mağaza, pərakəndə ticarət və iaşə obyektlərində POS-terminalın təqdim edilməməsi və müştəriyə yalnız kartdan-karta ödəniş təklif olunması qanun pozuntusudur:

 


“Bu hal bəzi təsərrüfat subyektlərinin vergidən yayınmaq cəhdləri ilə bağlıdır. Çünki kartdan-karta köçürmələr həmin müəssisənin rəsmi satış dövriyyəsində əks olunmaya və vergidən yayınmağa imkan yarada bilər”.

 

Əlavə olaraq iqtisadçı qeyd edir ki, bu üsuldan istifadə edilməsinin əsas səbəblərindən biri vergidən yayınmaq, digəri isə nağd vəsaitə daha rahat çıxış əldə etməkdir:

 


“Bu halların qarşısının alınması məqsədilə dövlət və Mərkəzi Bank müəyyən tədbirlər görür”.

 


Xalid Kərimli vurğulayır ki, ödəniş üsulunu seçmək istehlakçının hüququdur:

 


“Vətəndaş alış-veriş zamanı ödənişi nağd və ya kartla həyata keçirmək arasında seçim edə bilməlidir. Sahibkarın müştəriyə yalnız kartdan-karta ödəniş təklif etməsi isə istehlakçının hüquqlarını məhdudlaşdırır. İqtisadçının sözlərinə görə, belə hallarla qarşılaşan vətəndaşlar Dövlət Vergi Xidmətinə, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər”.



Zəhra Zeynallı

#yoxdur: #ödəniş #gündəm #mağazalarda #bəzi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər