PR Ictimai iştirakçılıqla bağlı sorğu keçirilir
ELAN: Diqqət! Sorğu keçirilir.
Hörmətli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri,
İctimai şuralara keçirilən seçkilərin şəffaflığının dəyərləndirilməsi və perspektivdə seçki prosedurları və şuraların fəaliyyətinin təkmilləşdirilməsi, tövsiyələrin hazırlanması məqsədilə VCT-lər arasında sorğu keçirilir.
Bu barədə İnformator.az-a “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva məlumat verib. O, bildirib ki, sorğu MG Konsaltınq və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması ilə birgə icra olunan “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində “Səhiyyə sahəsində ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” adlı fəaliyyətlər sırasında həyata keçirilir.
Sorğunun keçirilməsi zamanı anonimlik qorunur, cavablardan yalnız ümumi şəkildə istifadə olunacaq.
Sorğunu aşağıda qeyd olunun linkə daxil olmaqla cavablandırmaq olar.
QHT-lərin sorğuda aktiv iştirakı tövsiyə olunur.