00:00:00
Yazar
Admin User
07.11.2025 11:51 149 1 dəq oxuma
İdman

Premyer Liqa

Premyer Liqa

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start verilib.

 

"İnformator.az" xəbər verir ki, "Zəfər turu"nun açılış matçında "Şamaxı" "İmişli"ni qəbul edib.

 

Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.

 

Ayxan Abbasovun kollektivi hazırda 13 xalla turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. Jorj Kaşkilyanın komandası isə 12 xalla 9-cu pillədə qərarlaşıb.


Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər