Premyer Liqa
Azərbaycan Premyer Liqasının XIII turunda “Şamaxı” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
"İnformator.az" xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Tural Qurbanovun idarə etdiyi görüşdə ilk qolu 70-ci dəqiqədə Karim Rossi vurulub. 88-ci dəqiqədə Aleksa Yankoviç hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə isə Aleksandr Ramalinqom “kimyaçılar”ın qələbə qolunun müəllifi olub.
Bu nəticədən sonra Ayxan Abbasovun komandası xalını 17-ə yüksəldərək turnir cədvəlinin 7-ci pilləsinə qalxıb. “Kimyaçılar” isə 20 xalla 5-ci sırada qərarlaşıb.
Qeyd edək ki, günün növbəti matçında “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.
