00:00:00
Yazar
Admin User
30.08.2025 19:13 140 1 dəq oxuma
İdman

Premyer Liqa

Premyer Liqa

Azərbaycan Premyer Liqasının III turunda "Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edib.

 

"İnformator.az" xəbər verir ki, “Liv Bona Dea Arena”da təşkil olunan oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Görüşdə hesabı 9-cu dəqiqədə “qırmızı qaralar”ın üzvü Adriel Ba Lua açıb.


Muxtar Respublika təmsilçisinin futbolçusu Ba-Muaka Simakala 30-cü dəqiqədə hesabı bərabərləşdirib. Cəmi 3 dəqiqə sonra isə Felipe Santos komandasının ikinci qolunu vurub.

 

Bu qələbə ilə Elmar Baxşıyevin komandası xallarının sayını 7-yə çatdıraraq lider “Sumqayıt”la “Zirə”yə çatıb. Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv 1 xalla 10-cudur.

 

Qeyd edək ki, III tura avqustun 31-də yekun vurulacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər