00:00:00
Yazar
Admin User
21.11.2025 12:16 105 1 dəq oxuma
İdman

Premyer Liqa: "Kəpəz" səfərdə "Karvan-Yevlax"a qalib gəlib

Premyer Liqa: "Kəpəz" səfərdə "Karvan-Yevlax"a qalib gəlib

Misli Premyer Liqasının XII turunda "Kəpəz" səfərdə "Karvan-Yevlax"a qalib gəlib.

 

"İnformator.az" ın məlumatına görə, Yevlax şəhər stadionunda baş tutan turun açılış matçında qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

 

Hesabı "sarı-göylər"dən Luis Paçu açıb. O, 14-cü dəqiqədə başla dəqiq oynayıb. 31-ci dəqiqədə tablodakı rəqəmlər eyniləşib. Araz Abdullayev topu qapıçı Yusif İmanovun ayaqları arasından tora göndərib. Gəncəlilərin qələbə topunu isə Rauf Hüseynli vurub. Futbolçu 76-cı dəqiqədə kobud oyuna görə təyin olunan penaltini qola çevirib. Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran "Kəpəz" turnir cədvəlində sonuncu pillədən qurtularaq onuncu sıraya yüksəlib. "Karvan-Yevlax" isə 5 xalla 12-ci pilləyə "yuvarlanıb".

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər