00:00:00
Yazar
Admin User
20.12.2025 12:19 103 1 dəq oxuma
İdman

Premyer Liqa: "Neftçi" səfərdə "Karvan-Yevlax"a qalib gəlib

Premyer Liqa: "Neftçi" səfərdə "Karvan-Yevlax"a qalib gəlib

Misli Premyer Liqasının XVI turunda "Neftçi" səfərdə "Karvan-Yevlax"la üz-üzə gəlib.

 

"İnformator.az" ın məlumatına görə, Yevlax şəhər stadionunda baş tutan oyun Bakı kollektivinin 2:1 hesablı qələbəsi ilə bitib.

 

Meydan sahiblərinin heyətində 45+9-cu dəqiqədə Araz Abdullayev penalti zərbəsindən hesabı açıb. 61-ci dəqiqədə Bassala Sambu qonaqların bərabərlik qoluna imza atıb. "Ağ-qaralar"a qalibiyyət gətirən qolu isə Emin Mahmudov vurub. Kapitan 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Tərəflər arasında I dövrədə keçirilən oyun bərabərə bitmişdi - 0:0. "Neftçi" 20 xalla 8-ci yerdə qərarlaşıb. Hesabında 6 xal olan "Karvan-Yevlax" 12 komandanın sıralamasında sonuncudur. Qeyd edək ki, turun açılış oyununda "Turan Tovuz" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. XVI tura dekabrın 22-də yekun vurulacaq

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər