00:00:00
Yazar
Zəri Bayramlı
30.04.2026 22:54 20 1 dəq oxuma
İdman

Premyer Liqa: "Sabah" çempionluğunu rəsmiləşdirib

Premyer Liqa: "Sabah" çempionluğunu rəsmiləşdirib

"Sabah" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.

 

"İnformator.az" xəbər verir ki, bu, XXI turundan təxirə salınmış oyunda "Neftçi"nin "Qarabağ"ı məğlub etməsi ilə reallaşıb.

 

"Palms Sports Arena"da keçirilən qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.

 

Meydan sahiblərindən 55-ci dəqiqədə Emil Səfərov, 90+2-ci dəqiqədə Bassala Sambu fərqlənib. 85-ci dəqiqədə komandanın müdafiəçisi Elvin Bədəlov avtoqol müəllifi olub.

Xallarının sayını 47-yə çatdıran "Neftçi" dördüncü pilləyə yüksəlib.

 

29 oyundan sonra 59 xalla ikinci sırada yer alan "Qarabağ"ın 72 xalla lider olan "Sabah"a çatmayacağı dəqiqləşib.

Beləliklə, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.

 

#çempionluğunu #azərbaycan #gündəm #"sabah"
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər