00:00:00
Yazar
Admin User
04.10.2025 17:44 130 1 dəq oxuma
İdman

Premyer Liqa: "Turan Tovuz" səfərdə "Sumqayıt"ı məğlub edib

Premyer Liqa: "Turan Tovuz" səfərdə "Sumqayıt"ı məğlub edib

Misli Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.


"İnformator.az”ın məlumatına görə, günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gəlib.


Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 34-cü dəqiqədə Joralem Batista, 58-ci dəqiqədə Aleks de Souza fərqlənib. 90+cü dəqiqədə Ayxan Hüseynov adını tabloya yazdırıb.


Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran Tovuz klubu birinci pilləyə yüksəlib. "Gənclik şəhəri" təmsilçisi 11 xalla beşinci sıradadır.


Günün ilk matçında "Qarabağ" "Kəpəz"i məğlub edib - 1:0.


Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər