00:00:00
Yazar
Admin User
19.10.2025 16:52 122 1 dəq oxuma
İdman

Premyer Liqa: VIII tura "Neftçi" - "Araz-Naxçıvan" oyunu ilə yekun vurulub

Premyer Liqa: VIII tura "Neftçi" - "Araz-Naxçıvan" oyunu ilə yekun vurulub

Misli Premyer Liqasında VIII tura yekun vurulub.


"İnformator.az" xəbər verir ki, turun bağlanış matçında "Neftçi" və "Araz-Naxçıvan" kollektivləri qarşılaşıblar.


"Palms Sports Arena"da keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.


Ev sahiblərinin heyətində Bassala Sambu (19) və Emin Mahmudov (55) fərqləniblər. Qonaqların heyətində isə Ba-Muaka Simakala (36, 47) dubl müəllifi olub.


Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Kəpəz" "Şamaxı"nı, "Sumqayıt" "Karvan-Yevlax"ı (4:1), "Qarabağ" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Zirə"ni (3:0) məğlub edib. "İmişli" - "Qəbələ" görüşündə isə qalib müəyyənləşməyib - 2:2.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər