00:00:00
Yazar
Admin User
15.10.2025 18:05 126 1 dəq oxuma
İdman

Premyer Liqada 11-ci tur “Zəfər turu” adlanacaq

Premyer Liqada 11-ci tur “Zəfər turu” adlanacaq

"Peşəkar Futbol Liqasının bu addımı çox təqdirəlayiqdir. Peşəkar Futbol Liqası həmişə bu cür məsələlərə həssas yanaşır. Bir daha onlara bu qərara görə, təşəkkür edirəm".

 

Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu, çox önəmlidir. Biz 44 günlük müharibəni heç vaxt unutmuruq:

 

"Həmişə şəhidlər, qazilər bizim xatirimizdə əbədi yaşayırlar. Misli Premyer Liqasının, hətta 1-ci Liqa, 2-ci Liqa, bütün oyunlarda region liqasında 44-cü dəqiqədə bütün azarkeşlər bir ağızdan "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarını səsləndirirlər. Hətta beynəlxalq oyunlarda, milli komandalarımızın klublarımızın səfər oyunlarında, xaricdə keçirilən oyunlarda, orada olan stadiona gələn, xaricdə yaşayan bizim həmvətənlərimiz, onlar da 44 dəqiqədə bu şüarı səsləndirirlər. Əlbəttə ki, bu, çox önəmlidir".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər