Premyer Liqanın XVIII turunda "Kəpəz" "Şamaxı"ya məğlub olub
Misli Premyer Liqasının XVIII turunda "Kəpəz" "Şamaxı"ya məğlub olub.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matçda qonaqlar 2:0 hesablı qələbəyə seviniblər.
"Şamaxı"nın heyətində Arsen Ağcabəyov (12) və Karim Rossi (45+1) fərqləniblər.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində 7-ci sıraya yüksəliblər. "Kəpəz" isə 12 xalla 11-ci pillədə yer alıb.
