00:00:00
Yazar
Səadət Əlizadə
02.07.2026 18:56 31 3 dəq oxuma
Sosial

Prezident DTX-nin səlahiyyətləri ilə bağlı Fərmanda dəyişiklik edib

Prezident DTX-nin səlahiyyətləri ilə bağlı Fərmanda dəyişiklik edib

Mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə olunub. Bu barədə Prezident İlham Əliyev "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib ki, Cənab Prezidentin müvafiq qanuna dəyişiklik etməsi ilə əlaqədar bildirmək istəyirəm ki, bu, hər bir dövlətin təhlükəsizlik konsepsiyasından irəli gələn yanaşmadır:


“Yəni əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat-axtarış fəaliyyətində səlahiyyət bölgüsü haqqında qanunlarla bağlı bütün sənədlər, konsepsiyalar və qanunlar mütəmadi olaraq təhlil edilir, təcrübə toplanılır, nəticələr müəyyənləşdirilir və ehtiyac yaranarsa, zərurətdən irəli gələn dəyişikliklər edilir.

Təbii ki, bu dəyişiklikləri etmək Azərbaycan Prezidenti cənab İlham Əliyevin səlahiyyətindədir və mənə elə gəlir ki, bununla bağlı müvafiq mütəxəssislər öz təkliflərini hazırlayıb təqdim ediblər. Biz bilirik ki, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətində xidmət edən peşəkar heyət hər zaman yüksək peşəkarlığı ilə seçilib. Bu səlahiyyətlərin də onlara verilməsi dövlətdə bununla bağlı olan konsepsiyadan və tələblərdən irəli gələn bir qərardır.
Bu fərmanın əhatə etdiyi sahə, yaxud xidmət yüksək peşəkarlıq tələb edir. Belə olduğu halda, cənab Prezidentin bu fərmanı verməsi zərurətdən və təkmilləşdirmə prosesindən irəli gələn dəyişikliklər kimi qiymətləndirilə bilər.

Dövlət Təhlükəsizlik Xidməti isə üzərinə düşən bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirir. Bununla bağlı öz fikirlərini cənab Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb. Mən düşünürəm ki, bu səlahiyyətlərin Dövlət Təhlükəsizlik Xidmətinə verilməsi ilə qurum həmin fərmandan irəli gələn addımları atacaq, ehtiyac yaranarsa, lazımi struktur dəyişiklikləri aparacaq və cənab Prezidentin qarşıya qoyduğu bu vəzifəni yerinə yetirmək üçün lazımi addımları peşəkarlıqla ataraq, həmişə olduğu kimi, bu tapşırığın da öhdəsindən layiqincə gələcək”.

 

Əlavə olaraq hüquqşünas Zibeydə Sadıqova bildirib ki, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanuna əsasən, əməliyyat-axtarış tədbirləri yalnız qanunla müəyyən edilən subyektlər həyata keçirə bilər:

 

"DTX artıq bu subyektlərdən biridir. Sadəcə Prezidentin fərmanı ilə mühafizə olunan şəxslərin (məsələn, dövlət rəhbərliyi və qanunla müəyyən edilən digər qorunan şəxslər) və qorunan strateji obyektlərin təhlükəsizliyi istiqamətində əməliyyat-axtarış tədbirlərinin aparılması DTX-nin səlahiyyətinə aid edilir. 
Prezidentin 2001-ci il 507 nömrəli Fərmanı isə müxtəlif dövlət orqanları arasında hansı sahədə kimin əməliyyat-axtarış fəaliyyəti aparacağını müəyyənləşdirir. 
DTX-nin səlahiyyətləri əlbəttə ki artıq, o, artıq mühafizə olunan şəxslərin (məsələn, dövlət rəhbərliyi və qanunla müəyyən edilən digər qorunan şəxslər) və qorunan strateji obyektlərin təhlükəsizliyi istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirəcək. Yəni DTX qanunla artıq adı çəkilən sahədə əməliyyat məlumatları toplaya, izləyə, müşahidə apara və s tədbirlər həyata keçirə biləcək. 
Bu Fərman DTX-nin həm səlahiyyətini genişləndirir, həm də fəaliyyətini dəqiqləşdirir".

 

Səadət Əlizadə

#xəbər #dtx-nin #yeni #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər