00:00:00
Yazar
Zəhra Həsənova
10.09.2026 11:27 37 1 dəq oxuma
Prezident Gündəliyi

Prezident fərman imzalayıb

Prezident fərman imzalayıb

Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondları ləğv ediləcək.

 

"İnformator.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmanında əksini tapıb.

 

Fərmana əsasən, Maliyyə Nazirliyi Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunmasıbarədə təklifini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

#fərman #azərbaycan #imzalayıb #xəbər #prezident
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər