00:00:00
Yazar
Elmira Ağayeva
21.07.2026 17:24 53 2 dəq oxuma
Gündəm

Prezident İlham Əliyev Almaniyada rəsmi səfərdədir

Prezident İlham Əliyev Almaniyada rəsmi səfərdədir

 

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Almaniyaya rəsmi səfərə gedib. Berlinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlət başçısını rəsmi şəxslər qarşılayıb, onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, əlbəttə, bu səfərdə əsas məsələ Avropa İttifaqı ilə, ümumiyyətlə, Avropa məkanı ilə Azərbaycanın, o cümlədən konkret olaraq Almaniya ilə Azərbaycanın siyasi, iqtisadi münasibətləri və əlaqələri müzakirə olunub:

 

“Orada Orta Dəhlizlə, logistika ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycanın Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyindəki rolu, eyni zamanda, Qarabağa investisiya qoyuluşu müzakirə olunub. Almaniya dünyanın ən zəngin dövlətlərindən biridir, o, Qarabağa ciddi investisiya qoya bilər. Əlbəttə, Almaniya ilə əməkdaşlıq Azərbaycanın Avropa ilə əlaqələrinin də genişlənməsinə yardım edir. Çünki Almaniya bu gün Avropanın əsas qüvvəsidir, lokomotividir. Ümumiyyətlə, iqtisadi layihələrinin, Avropa İttifaqının bir struktur olaraq gücünü Almaniyadan aldığını biz bilirik. Azərbaycanla əlaqələrinin yaxşılaşması, əməkdaşlığın dərinləşməsi həm də bizim Avropa ilə əlaqələrinin inkişafı deməkdir. Bu, bütün hallarda müsbət bir tendensiyadır və doğru istiqamətdir. Əlbəttə, səfərin hansısa qlobal nəticələr doğurduğunu demək bəlkə də doğru olmaz, amma bütün hallarda Azərbaycanla Almaniya arasında əlaqələrin yaxşılaşması, hər iki ölkə prezidentinin görüşləri, Şərq məsələləri ilə bağlı maraqlanan səlahiyyətli şəxslərlə görüşlər, düşünürəm ki, Azərbaycanın gələcək iqtisadi və siyasi inkişafına müsbət təsir edər. Eyni zamanda Almaniya, təbii ki, regionun inkişafında da maraqlıdır. Azərbaycan, Ermənistan və Gürcüstanla əməkdaşlıqda da maraqlıdır. Yəni bütün hallarda bu, təbii ki, regional əməkdaşlığa da müsbət təsir göstərəcək”.

 

Mələk Hüseynova

#Azərbaycan #Almaniya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər