00:00:00
Yazar
Elmira Ağayeva
06.08.2026 22:01 28 2 dəq oxuma
Gündəm

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib.


Mövzu ilə bağlı”İnformator.az”a aşıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, “Yeni Səngəçal” yarımstansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji sisteminin etibarlılığı və dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır:


“Bu layihə elektrik enerjisinin ötürülməsi imkanlarını artırır, xüsusilə Bakı, Abşeron və Səngəçal istiqamətində artan enerji tələbatının daha sabit şəkildə qarşılanmasına şərait yaradır. Eyni zamanda, elektrik şəbəkəsində yüklənmənin balanslaşdırılmasına, texniki itkilərin azaldılmasına və qəza risklərinin minimuma endirilməsinə xidmət edir.
Bu yarımstansiya yalnız mövcud enerji təchizatını gücləndirmir, həm də gələcək inkişaf üçün mühüm infrastruktur bazası yaradır. Azərbaycan yeni elektrik stansiyalarını və bərpa olunan enerji layihələrini istismara verdikcə, onların vahid enerji sisteminə inteqrasiyası üçün müasir ötürücü şəbəkəyə ehtiyac artır. Bu baxımdan “Yeni Səngəçal” yarımstansiyası enerji sisteminin modernləşdirilməsi strategiyasının mühüm elementlərindən biridir.
Layihənin digər mühüm tərəfi enerji təhlükəsizliyi ilə bağlıdır. Güclü və müasir enerji infrastrukturu həm daxili tələbatın etibarlı ödənilməsinə, həm də Azərbaycanın elektrik enerjisi ixracı potensialının artırılmasına imkan yaradır. Son illərdə ölkənin regional enerji mərkəzi kimi mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətin davamı kimi bu cür layihələr Azərbaycanın enerji sektorunun rəqabət qabiliyyətini yüksəldir və uzunmüddətli iqtisadi inkişafına müsbət töhfə verir”.

Mövzu ilə bağlı enerji məsəslələri üzrə ekspert  Sadiq Həsənov  Səngəçal yarımstansiyasının işə salınması əsasən BP-nin Səngəçal terminalının və ümumilikdə enerji ötürülməsi, eləcə də enerjinin təchizatı üçün istifadə olunacağını “İnformator.az”açıqlamasında bildirib:


“Bu, 220/110/10 kv luq bir yarım stansiya 110 km lik ötürücü xəttə malik yarımstansiyadır. Bu stansiya ötürücü rolunu oynayacaqdır. Burada daxili istehlakçı yoxdur, yalnız daxili enerji təchizatına yönəlib. Çünki bu stansiya ötürücü funksiyanı yerinə yetirir.Bu, mühüm layihədir və dayanıqlı enerji təminatı baxımından əhəmiyyətlidir. Həmin layihə BP-də, eləcə də digər xarici şirkətlərdə hasil olunan neft və qazın sabit nəqlini təmin etmək üçün enerji təchizatının etibarlılığını
gücləndirəcəkdir.Bu, böyük və mühüm layihədir. Gələcəkdə Azərbaycanın enerji sektoruna əhəmiyyətli təsir göstərə bilər. Təxminən 1 milyard kVt-saat elektrik enerjisi ilə əməliyyatların təmin olunmasına xidmət edəcəkdir”.


Nurgün Qənizadə

#Yenisəngəçal #Prezident #Azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər