Prezident Ərdoğan Bahçelini iqamətgahında ziyarət edib
12 noyabr 2025 – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçelini iqamətgahında ziyarət edib.
Görüş Türkmənbəyi küçəsindəki evdə baş tutub. Bahçeli prezident Ərdoğanı iqamətgahının qapısında qarşılayıb. Daha sonra iki lider əl sıxaraq jurnalistlər qarşısında poza veriblər.
Qapalı keçirilən görüşdə ölkə gündəminin aktual məsələlərinin müzakirə edildiyi bildirilir.
Görüş başa çatdıqdan sonra Dövlət Bahçeli Prezident Ərdoğanı maşınına qədər müşayiət edib.
TRT Haber
Aişə Mustafayeva