00:00:00
Yazar
Admin User
03.02.2026 16:37 32 1 dəq oxuma
Dünya

Prezident Ərdoğan Səudiyyə Ərəbistanındadır

Prezident Ərdoğan Səudiyyə Ərəbistanındadır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni ilin ilk rəsmi səfərini Yaxın Şərqə edir. O, əvvəlcə Səudiyyə Ərəbistanında, daha sonra isə Misirdə görüşlər keçirəcək. Ərdoğanın həmkarları ilə aparacağı danışıqlarda regional proseslər və iqtisadi əməkdaşlıq əsas mövzular olacaq.


Prezident Ərdoğan “TUR” təyyarəsi ilə Riyad Kral Xalid Beynəlxalq Hava Limanına gəlib. Onu hava limanında Riyad əmiri Şahzadə Faysal bin Bandar Al Səud, Səudiyyə Ərəbistanının Ankaradakı səfiri Fahad bin Assad Abualnasr, Türkiyənin Riyaddakı səfiri Əmrullah İşlər və onun həyat yoldaşı Ayşənur İşlər qarşılayıblar.
Prezident Ərdoğan hava limanından ayrıldıqdan sonra Yəmamə Sarayına yollanıb.


TRT Haber
Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər