Prezident Ərdoğan vətəndaşlarla görüşüb
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Düzcədən gələn vətəndaşlarla bir araya gəlib.
Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Mərkəzi İcra Heyətinin (MYK) iclası öncəsi Düzcədən gələn vətəndaşlarla görüşüb. Prezident Ərdoğan 100 yaşlı Necati Yılmaz və 96 yaşlı Rəcəb Taşkınla bir müddət söhbət edib.
“Cənab Prezidentim, haqqını halal et” deyən Yılmazın sözlərinə Ərdoğan “Mənim nə haqqım var ki?” cavabını verib. Rəcəb Taşkın da Prezident Ərdoğana dua və xoş arzularını çatdıraraq “Allahdan sənə xeyirli uzun ömür diləyirəm, Allah sənə güc-qüvvət versin” deyib.
TRT Haber
Səadət Əlizadə
