00:00:00
Yazar
Admin User
19.01.2026 21:21 357 2 dəq oxuma
Siyasət

Prezident "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb

Prezident "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı"nın qaliblərinin adlarını açıqlayıb. Məlumatda qeyd edilir ki, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib.


Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, bir sıra ölkələr Azərbaycanla əlaqələr qurmağa can atır:


"Xüsusən Ermənistan–Azərbaycan arasında uzun illərdir davam edən, keçmiş münaqişə və müharibə vəziyyətinin həll olunaraq sülhlə nəticələnməsi birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik, dərin düşünülən siyasəti və dünya liderləri arasındakı böyük nüfuzu ilə bağlıdır. Məhz, bu sülh prosesi nəticəsində, həm region, həm də ümumilikdə dünya üçün yeni üfüqlər açıldı, yeni imkanlar yaranmış oldu. Qalib və haqlı dövlət olaraq öz haqqını təcavüzkardan alıb onu sülhə məcbur edən ölkə kimi bu dövlətin başçısına etibar və inam daha da artdı və bir sıra ölkələr Azərbaycanla əlaqələr qurmağa can atdı. Həmçinin ərəb dövlətləri ilə Azərbaycanın sıx əlaqələri iqtisadi layihələrin imzalanmasına gətirib çıxardı. Bu əlaqələr, ölkəmizin inkişafı ilə yanaşı dost ölkələrin də maraqlarına uyğundur. Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması region üçün, ilk növbədə, sülh və sabitlik gətirir ki, bu da təhlükəsizlik baxımından zəruridir. Digər tərəfdən isə bir çox dövlətləri və investorları ölkəyə, bölgəyə cəlb edir. Siyasi əlaqələrlə yanaşı, iqtisadi və ticarət əlaqələri inkişaf edir, dövlətimiz regionda liderliyini qoruyub saxlayır".


Ekspertin sözlərinə görə, bütün bu nailiyyətlər birbaşa Azərbaycan Respublikası Prezidentinin adı və yürütdüyü səmərəli siyasətlə bağlıdır:


"Zəngəzur dəhlizi marşrutu açıldıqdan sonra bu sahədə inkişaflar daha da sürətlənəcək, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Bütün bu nailiyyətlər, birbaşa Azərbaycan Respublikası Prezidentinin adı və yürütdüyü səmərəli siyasətlə bağlıdır. Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi bütün xalqımızın və dövlətimizin uğuru, nailiyyətidir. Mükafatın beynəlxalq nüfuzu Azərbaycan Prezidentinin dünya miqyasında əhəmiyyətli lider olduğunu ifadə edir. Azərbaycanın dünyada nəinki tanınan, həm də vacib və əhəmiyyətli dövlət olduğunu göstərir".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər