00:00:00
Yazar
Admin User
02.01.2026 09:53 93 2 dəq oxuma
İdman

Prezidentin idmana diqqəti nəticə verir

Prezidentin idmana diqqəti nəticə verir

Azərbaycan bu gün beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu uğurlar Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsinin nəticəsidir. Dövlət başçısının idmana, xüsusilə, gənc nəslin fiziki və mənəvi inkişafına göstərdiyi diqqət ölkəmizin beynəlxalq yarışlarda qazandığı uğurlarda özünü aydın şəkildə göstərir. 2025-ci ilin idman yekunları da Azərbaycanın idman tarixində mühüm mərhələ kimi yadda qalıb. Bu kontekstdə ölkəmizin idman siyasəti, əldə olunan nəticələr və gələcək perspektivlər maraq doğurur.


Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, əslində, idman siyasəti sahəsində ölkə Prezidentinin bu istiqamətə verdiyi töhfə danılmazdır:


"Prezidentin idmançılarla vaxtaşırı görüşləri, onların müxtəlif tədbirlərdə iştirakı və xüsusilə, ilin yekunlarına həsr olunan görüşlərdə idmançılarla səmimi münasibəti onların motivasiyasına ciddi təsir göstərir. Son illərin yekunlarına dair keçirilən görüşlərdə də bu səmimiliyin və diqqətin şahidi olmuşuq. Uzun illərdir ki, Olimpiya hərəkatı ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. Prezident yalnız siyasi həyatla kifayətlənməyərək, idman həyatına da ayrıca vaxt ayırır. Bu isə, çətin və sıx iş qrafikinə baxmayaraq, idmançıların daim diqqət və qayğı ilə əhatə olunmasına şərait yaradır. Nəticədə, idmançılar ölkənin maraqları naminə daha böyük qətiyyətlə mübarizə aparmağa stimullaşdırılır. Ölkədə idmanın inkişafı bəzən ayrı-ayrı məmurların yarıtmaz fəaliyyəti səbəbindən məyusluq doğursa da, Prezidentin diqqətinə çatan məsələlərdə uğur əldə etmək mümkün olub. Bu da göstərir ki, ali səviyyədə dəstək olduqda nəticə qaçılmazdır. Bundan sonrakı dövrdə də Prezidentin idman sahəsindəki fəaliyyəti və diqqəti xüsusi əhəmiyyət daşıyır. İdmançılara hər cür şəraitin yaradılması uğurların davamlı olmasını təmin edir. İdman ictimaiyyəti də bu imkanlardan düzgün istifadə edərsə, daha ciddi və davamlı nəticələr əldə oluna bilər".


Deputat həmçinin qeyd edib ki, futbolda “Qarabağ” klubunun qazandığı uğurlar sevindirici olsa da, milli komandanın eyni nəticəni göstərə bilməməsi müəyyən boşluqların mövcudluğunu ortaya qoyur:

 

"Bu baxımdan milli çempionatın daha da gücləndirilməsi vacibdir. Eyni zamanda, idmanın digər sahələrinə də lazımi diqqət yetirilməlidir. Əks halda bəzi istiqamətlərdə problemlər qalmaqda davam edə bilər. Bu səbəbdən Prezidentin yaratdığı imkanları düzgün dəyərləndirən federasiyalar daha böyük uğurlar qazanmaq potensialına malikdir".


Xumar Emilqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər