00:00:00
Yazar
Admin User
28.08.2024 17:19 328 1 dəq oxuma
Sosial

"Psixoloqların bu hərəkəti faktiki olaraq dələduzluqdur"

"Psixoloqların bu hərəkəti faktiki olaraq dələduzluqdur"

Psixoloqların, həkimlərin son zamanlarda şəxsi sosial media hesablarında pasiyentlərinin görüntülərinin paylaşması geniş yayılıb. Onlar bu addımı işlərinin reklamı ilə əsaslandırırlar. Lakin bu, çox zaman narazılığa səbəb olur, pasiyentlərin şəxsi məlumatlarının üçüncü tərəfə ötürülməsi kimi qəbul edilir. Bəs pasiyentdən icazəsiz onun görüntülərini paylaşan psixoloqları hansı cəzalar gözləyir?

Sözü gedən məsələylə bağlı "İnformator.az"a açıqlamasında hüquqşünas Mehman Muradlı bildirib ki, bu, dələduzluğun başqa bir formasıdır:

"Əvvəllər ən yaxşı psixoloqlar falçılar sayılırdı. İndi isə savadlı psixoloqlar azdır, serfikatlı psixoloqların sayı çoxalıb. Psixoloqun pasiyentin görüntüsünün yaymasını dələduzluq kimi qiymətləndirirəm. Ali Məhkəmə bu halla bağlı hər hansısa bir qanun qəbul edəcək. Falçılara qarşı hansı tədbir görülürsə, bu cür psixoloqlara da həmin tədbir görülməlidir".

İlahə Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər