00:00:00
Yazar
Admin User
13.10.2025 15:39 116 1 dəq oxuma
İdman

PSJ fransalı futbolçunu transfer edə bilər

PSJ fransalı futbolçunu transfer edə bilər

İtaliyanın "Roma" klubunun fransalı yarımmüdafiəçisi Manu Kone vətəninə qayıda bilər.

 

"İnformator.az" "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, PSJ kollektivi 24 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

 

Tərəflər arasında transferlə bağlı tezliklə razılıq əldə oluna bilər. Belə olan halda, futbolçu qışda Paris kollektivinin heyətinə qoşulacaq.

 

Fransa çempionu Kone üçün 60 milyon avro xərcləməyə hazırdır. Lakin romalıların oyunçularını buraxacağı hələlik dəqiqləşməyib.

 

Qeyd edək ki, Manu Konenin "Roma" ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ildə başa çatacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər