PSJ-nin sabiq qapıçısı Parisin başqa klubuna keçib
Fransanın PSJ və Almaniyanın "Ayntraxt" komandasının sabiq qapıçısı Kevin Trappın yeni klubu müəyyənləşib.
"İnformator.az" xəbər verir ki, 35 yaşlı qolkiper Liqa 1-ə vəsiqə qazanmış "Paris"ə keçib. Onunla 3 illik müqavilə imzalanıb. Qeyd edək ki, almaniyalı oyunçu 2024/2025 mövsümündə "Ayntraxt"ın heyətində 36 matça çıxıb.
