PUA bazarının 65 faizi Türkiyənin əlindədir - Kacır
Rusiya-Ukrayna müharibəsi və ABŞ ilə İsrailin İrana hücumları göstərir ki, hazırkı münaqişələrdə pilotsuz uçuş aparatları (PUA) ön plana çıxıb.
"İnformator.az" xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.
"Bu savaşlarda milyonlarla dollar dəyərində olan silahlardan çox daha ucuz pilotsuz uçuş aparatları (PUA), süni intellektlə idarə olunan sistemlərin işə yaradığı ortaya çıxıb. Hazırda PUA sahəsində Türkiyə dünyanın ən təcrübəli ölkəsidir və bazarın 65 faizi Türkiyənin əlindədir", - Kacır bildirib.