00:00:00
Yazar
Admin User
10.01.2026 04:47 60 1 dəq oxuma
Dünya

PUA qalıqları Volqoqrad vilayətindəki neft bazasında yanğına səbəb olub

PUA qalıqları Volqoqrad vilayətindəki neft bazasında yanğına səbəb olub

Rusiyanın Oktyabrski rayonunda PUA qalıqlarının düşməsi nəticəsində neft bazasında yanğın qeydə alınıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov öz "Telegram" kanalında məlumat yayıb.

 

Qubernatorun sözlərinə görə, yerli məktəbdə müvəqqəti yerləşdirmə məntəqəsi hazır vəziyyətə gətirilib. Bu, yanğın ocağına yaxın evlərin sakinlərinin təxliyə edilməsi zərurəti yaranacağı təqdirdə lazımdır.

 

Məlumata əsasən, yanğınsöndürənlər və operativ xidmətlər, həmçinin bələdiyyə qurumunun əməkdaşları hadisə yerində işləyirlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər