00:00:00
Yazar
Admin User
10.08.2023 18:17 332 2 dəq oxuma
Sosial

Pul - səadət mənbəyi, motivasiya...

Pul - səadət mənbəyi, motivasiya...

Pulla səadət olmaz deyirlər, amma səadətini pul üzərində quranlar yetəri qədərdir. Görəsən, belə düşünməyimizə səbəb nədir? Ümumiyyətlə, nə qədər pul bizi xoşbəxt edə bilər?

 

Kiminə görə 5 min, kiminə görə də 5 milyon. Hədəflər isə demək olar ki, eynidir: ev, maşın, biznes. Psixoloq Adil Xəlilov deyir ki, buna səbəb insanların xoşbəxtliyi komfort zonada görməsidir: “Biz hazırda kiməsə götürüb min, 500 min pul versək, həmin şəxs o pulla nə edəcəyini bilməyəcək. Düşünə bilər ki, maşın, ev alsın, obyektlər açsın. Amma bu bir növ kompüter oyunu kimidir. Birdən-birə bütün mərhələləri tamamlasan artıq oyuna həvəsin qalmayacaq. Ona görə də motivasiya mənbəyi lazımdır. Eləcə də çox pul qazanmaq üçün müəyyən həvəs gərəklidir ki, onu əldə edə və düzgün xərcləyə biləsən”.

 

Pulun gətirdiyi xoşbəxtlik önəmli deyil, ailəmiz yanımızdadırsa, xoşbəxtik deyirik, amma ailədə də pulun vacib faktor olduğunu unuduruq. Maraqlıdır, ailə daxilində maliyə məsələlərini tənzimləmək üçün hansı tədbirləri görməliyik?

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov hesab edir ki, ailədə pul ilə bağlı məsələlərin ən birincisi maliyənin düzgün bölünməsi ilə bağlıdır: “Bu zaman nəzərə alınmalı faktorların başında qadınların da işə cəlb edilməsi, əmək haqlarının təmin edilməsi gəlir. Təbii ki, əldə edilən gəlir ailədə bərabər bölünməlidir. Ən vacibi isə uşaqların maraqlarının təmin edilməsinə xərclənməlidir”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər