00:00:00
Yazar
Admin User
25.10.2023 15:41 388 1 dəq oxuma
Sosial

PULSUZ Wİ-Fİ TƏHLÜKƏSİ

PULSUZ Wİ-Fİ TƏHLÜKƏSİ

İctimai yerlərdə, ticarət mərkəzləri və restoranlarda Wİ-Fİ şəbəkəsinə qoşularkən bizi hansı təhlükələr gözləyir? Şəxsi məlumatlarımızı necə qoruya bilərik?

Təhlükəsizlik üzrə mütəxəssis Asif Rzayev bildirir ki, "kiber cinayətkarların qurbanı olmamaq üçün bir sıra qaydalara əməl etmək tövsiyyə edilir. Xüsusi ilə açıq internet şəbəkələrinə qoşularkən məlumat mübadiləsinin aparılması riski artırır".

 

 

Mütəxəssis son dövrlərdə pulsuz Wi-Fi vasitəsi ilə şəxsi məlumatlara müdaxilə hallarının artdığını bildirir. İctimai yerlər, ticarət mərkəzləri və restoranlar hakkerlərin aktiv fəaliyyət məkanlarından hesab edilir.

 

 

Mütəxəssislər tövsiyyə edirlər ki, ictimai yerlərdə Wi-Fi şəbəkəsindən istifadə edərkən təhlükəsizliklə bağlı risklərdən qorunmaq üçün şifrələnmiş şəbəkələrdən istifadə edilməlidir. Bu zaman, cihazınız və “Wi-Fi” routerlər arasında göndərilən məlumat gizli kodda olur. Buna görə heç kim açar olmadan məlumatı görə bilməz. Əksər “Wi-Fi” routerlərdə şifrələmə standart olaraq söndürülüb və şəbəkə qurarkən yandırılmalıdır.

 

Qasım Xuluflu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər