Putin: “Aİ-nin uşaq mərkəzlərinə qarşı sanksiyaları mənasızdır və müəllifləri üçün biabırçılıqdır”
Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının uşaqların yay aylarında istirahət etdiyi təşkilatlara qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib. Onun sözlərinə görə, bu cür qərarlar tamamilə mənasızdır və belə addımlar Avropa hakim elitalarını rüsvay edir.
Putin bildirib ki, bu məhdudiyyətlərin hansı effekt verəcəyini anlamaq çətindir və bunu sağlam düşüncəyə zidd addım adlandırıb. Rusiya lideri əlavə edib ki, bu cür sanksiyalar xırda və məntiqsiz bir təxribat təsiri bağışlayır.
Tass
Mələk Hüseynova