00:00:00
Yazar
Admin User
29.01.2026 12:04 55 1 dəq oxuma
Dünya

Putin BƏƏ-yə Rusiya-ABŞ-Ukrayna danışıqlarının təşkilinə görə minnətdarlıq edib

Putin BƏƏ-yə Rusiya-ABŞ-Ukrayna danışıqlarının təşkilinə görə minnətdarlıq edib

Rusiya BƏƏ-yə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların təşkil edilməsinə görə minnətdardır.

 

"İnformator.az"  Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayid Əl Nəhayan ilə görüşdə bildirib.

 

V.Putin həmçinin BƏƏ-nin Rusiya və Ukrayna arasında saxlanılan şəxslərin mübadiləsinə verdiyi töhfəni də qeyd edib. BƏƏ Prezidenti Ukraynada münaqişənin siyasi-diplomatik yolla həllinə yönəlmiş bütün qərarları dəstəklədiyini vurğulayıb.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər