00:00:00
Yazar
Admin User
05.07.2023 16:30 293 1 dəq oxuma
Sosial

Putin dağıstanlı qızı Kremldə qonaq etdi -FOTO

Putin dağıstanlı qızı Kremldə qonaq etdi -FOTO

Rusiya prezidenti Vladimir Putin 8 yaşlı Dağıstanlı qızı Kremldəki sarayında qqəbul edib, birlikdə səmimi fotolar paylaşılıb.

 

İnformator.az xəbər verir ki, dünya mediası oPutinin bu jestini ölkəsini vətəndaş müharibəsi həddinə çatdıran Vaqner üsyanından sonra öz nüfuzunu bərpa etmə cəhdi kimi qiymətləndirib. Dağıstanlı 8 yaşlı balaca qızı Kremldə qonaq edən Rusiya lideri bir-birinin ardınca gülərək zarafatlar edib. Kreml görüntüləri “Rus xalqı Putinə tam dəstək” başlığı ilə dərc edib.

 

Bu yaxınlarda Dağıstana səfər edən Putin 8 yaşlı Raisat Akipovanın onu görə bilmədiyi üçün əsəbiləşdiyini öyrəndiyini və dərhal hərəkətə keçdiyini bildirib. Buna görə də Putin 8 yaşlı dağıstanlı qızı Kremldə qonaq edib. Rusiya İqtisadiyyat nazirinə kameralar önündə telefonla zəng edən Putin Dağıstanın yenidən qurulması üçün 5 milyard rubl əlavə edəcəklərini açıqlayıb.

 

8 yaşlı Raisat və ailəsinin səfərinin görüntülərini Kreml yayıb. Bəyanatda bütün Rusiya xalqının Putini tam dəstəklədiyi vurğulanıb. Xüsusilə Qərb mediasında bu görüntülər Putinin Vaqner üsyanından sonra itirdiyi nüfuzunu geri qaytarmaq cəhdi kimi şərh edilib.

 

GÖRÜŞDƏN OLAN FOTOLARI TƏQDİM EDİRİK:

 

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər