00:00:00
Yazar
Admin User
21.01.2026 17:10 86 2 dəq oxuma
Siyasət

“Putin deyib ki, müharibəni həll etdiyinizə inana bilmirəm”

“Putin deyib ki, müharibəni həll etdiyinizə inana bilmirəm”

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin başa çatdırılmasına töhfə verdiyini bildirib.


Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ Prezidenti Donald Trampın Vladimir Putinin sözlərinə istinad etməsi ilk növbədə Vaşinqton və Moskva arasında formalaşan yeni ünsiyyət tonunun göstəricisi kimi oxunmalıdır:


“Tramp bu cür ifadələrlə bir tərəfdən özünü qlobal münaqişələrin həllində real nəticə əldə edən lider kimi təqdim edir, digər tərəfdən isə Rusiya ilə dialoq imkanlarını tam bağlamadığını nümayiş etdirir. Burada əsas məqam, Putinin mövqeyinin açıq şəkildə sitat gətirilməsidir, çünki bu, ABŞ-nin postsovet məkanındakı prosesləri artıq təkcə rəqabət prizmasından deyil, müəyyən mövzularda qarşılıqlı maraqlar çərçivəsində dəyərləndirməyə hazır olduğunu göstərir. Xüsusilə, bu mesaj Moskvanın bölgədəki rolunun Vaşinqtonun vasitəsilə tam inkar edilmədiyini, lakin bu rolun artıq mütləq dominantlıq anlamı daşımadığını da ortaya qoyur.
Bu bəyanat Azərbaycan üçün həm diplomatik, həm də siyasi baxımdan mühüm məna kəsb edir. Birincisi, Rəsmi Bakının münaqişənin həlli prosesində regional və qlobal güclərlə paralel işləyə bilən aktor kimi qəbul olunduğunu göstərir. İkincisi, Trampın bu mövzunu açıq şəkildə gündəmə gətirməsi Azərbaycanın artıq yalnız regional yox, qlobal siyasi diskursun bir hissəsinə çevrildiyini təsdiqləyir. Bu tip açıqlamalar regionda yeni geosiyasi balansın formalaşmasına zəmin yarada bilər, çünki Cənubi Qafqazda proseslər tədricən tək bir güc mərkəzinin nəzarətindən çıxaraq, daha çox çoxqütblü diplomatik müstəviyə keçir. Belə bir şəraitdə Azərbaycan üçün əsas üstünlük manevr imkanlarının genişlənməsidir və Trampın açıqlaması məhz bu yeni reallığın beynəlxalq səviyyədə səsləndirilməsi kimi qiymətləndirilə bilər”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər