Putin Kazanda ASEAN liderlərini qəbul edir
Rusiya Prezidenti Vladimir Putin ASEAN Sammitində iştirak etmək üçün Kazan şəhərinə gəlib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Çərşənbə günü başlayan və iki gün davam edəcək yubiley sammitində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) bütün 11 üzvünü təmsil edən nümayəndə heyətləri iştirak edir. Bunlar Bruney, Şərqi Timor, Vyetnam, Laos, Kamboca, İndoneziya, Malayziya, Sinqapur, Myanma, Tailand və Filippindir.
Çoxtərəfli müzakirələrlə yanaşı, Vladimir Putinin bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur. Malayziyanın Baş naziri Ənvər İbrahim və Bruney Sultanı Həsənəl Bolkiah ilə görüşləri planlaşdırılıb. Bundan əlavə, Rusiya Prezidenti axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidanla da görüşəcək.
Tədbir çərçivəsində Kazan Bəyannaməsi və Rusiya-ASEAN Hərtərəfli Fəaliyyət Planı da daxil olmaqla bir sıra sənədlərin imzalanması gözlənilir.
TASS
Nuray Əliyeva