00:00:00
Yazar
Ayşən Səlimova
09.03.2026 14:33 32 1 dəq oxuma
Dünya

Putin Müctəba Xameneini İranın ali lideri seçilməsi münasibətilə təbrik edib

Putin Müctəba Xameneini İranın ali lideri seçilməsi münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneiyə İranın ali lideri vəzifəsinə seçilməsi münasibətilə təbrik teleqramı göndərib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

 

"Əminəm ki, Siz atanızın (Əli Xamenei - red.) işini şərəflə davam etdirəcək və ağır sınaqlar qarşısında İran xalqını birləşdirəcəksiniz", - Putin qeyd edib.

 

O həmçinin vurğulayıb ki, Rusiya İranın etibarlı tərəfdaşı olaraq qalır. Xatırladaq ki, bu gün Müctəba Xameneinin İranın yeni ali lideri təyin olunduğu elan edilib. O, bu vəzifədə fevralın 28-də İsrail və ABŞ-nin birgə əməliyyatı nəticəsində öz iqamətgahında öldürülən atası Əli Xameneini əvəzləyib.

 

 

#lideri #münasibətilə #i̇ranın #seçilməsi #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər