00:00:00
Yazar
Zəri Bayramlı
29.05.2026 19:07 18 1 dəq oxuma
Dünya

Putin səfərinin üçüncü gününü Avrasiya İttifaqına həsr edib

Putin səfərinin üçüncü gününü Avrasiya İttifaqına həsr edib

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfərinin üçüncü gününü əsasən Avrasiya İqtisadi İttifaqı məsələlərinə həsr edib.


Bir gün əvvəl Putin dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdən sonra diqqətini Avrasiya gündəliyinə yönəldərək 5-ci Avrasiya İqtisadi Forumunda iştirak edib. Bu gün isə o, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin liderləri ilə görüşlərini davam etdirəcək. Görüşlərdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Belarus lideri  Aleksandr Lukaşenko və Qırğızıstan Prezidenti Sadır Japarov iştirak edəcəklər.


Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyasını əsas gətirərək yenidən Avrasiya İqtisadi İttifaqının tədbirlərində iştirakdan imtina edib. Buna görə də Ermənistanı Baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.


Ali Avrasiya İqtisadi Şurasının qapalı iclasından sonra Avrasiya İqtisadi İttifaqı liderlərinə müşahidəçi dövlətlərin və tərəfdaş ölkələrin nümayəndələri qoşulacaqlar. Onların sırasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Kuba Vitse-prezidenti Salvador Valdes Mesa və İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabak da var. Dövlət başçılarına, o cümlədən Rusiya Prezidentinə Avrasiya İqtisadi İttifaqının inkişafı və 2029-cu ilə qədər nəzərdə tutulan planlar barədə məlumat veriləcək.


TASS
Nuray Əliyeva

#həsr #baki #səfərinin #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər