00:00:00
Yazar
Elmira Ağayeva
12.06.2026 17:37 15 1 dəq oxuma
Siyasət

Putin və Tramp ABŞ-Rusiya münasibətlərini normallaşdırmaqda qərarlıdır”-Darçiyev

“Putin və Tramp ABŞ-Rusiya münasibətlərini normallaşdırmaqda qərarlıdır”-Darçiyev

 

 Rusiyanın ABŞ-dəki səfiri Alexander Darchiev bildirib ki, Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp iki ölkə arasında normal dövlətlərarası münasibətlərin bərpası vəzifəsini qarşıya qoyublar.

 

Darçiyev Rusiyanın 12 iyunda qeyd olunan Rusiya Gününə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib:
“Rusiya hazırkı ABŞ administrasiyasının əvvəlki rəhbərliklərdən ciddi şəkildə zədələnmiş ikitərəfli münasibətlərin bərpasına yönəlmiş konstruktiv və praqmatik yanaşmalarını alqışlayır”.

 

Diplomatın sözlərinə görə:
“Əlbəttə, mövcud geosiyasi şərait səbəbindən hər şey problemsiz və rəvan getmir. Lakin şəxsi səviyyədə əlaqələr qurmuş Rusiya və ABŞ liderlərinin normal dövlətlərarası münasibətlərin bərpasını qarşıya məqsəd qoymaları çox vacibdir. Berinq boğazının hər iki tərəfində yaşayan sadə insanlar da məhz bunu istəyirlər”.
Rusiya səfirliyində keçirilən qəbulda Ağ Evin və ABŞ Dövlət Departamentinin əməkdaşları iştirak ediblər. Bundan əlavə, Vaşinqtonda akkreditə olunmuş xarici diplomatik korpusun çoxsaylı nümayəndələri, ABŞ ekspert dairələrinin təmsilçiləri, ictimai xadimlər və Rusiyadan olan həmvətənlər də tədbirə qatılıblar.


TASS
Nuray Əliyeva

#Rusiya #ABŞ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər