00:00:00
Yazar
Elmira Ağayeva
05.06.2026 20:58 34 2 dəq oxuma
Siyasət

Putin və Tramp arasında əlaqələr davam edir-Kreml

Putin və Tramp arasında əlaqələr davam edir-Kreml

Rusiya Prezidentinin xüsusi nümayəndəsi bildirib ki, Rusiya ilə ABŞ arasında çoxşaxəli dialoq davam edir.

 

Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, həmçinin Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev “Vesti” telekanalına müsahibəsində ABŞ ilə dialoqun aktiv şəkildə davam etdiyini açıqlayıb.


“Dialoq aktiv və çoxşaxəli şəkildə davam edir. Bu, yalnız Cared Kuşner və Stiv Uitkoffla söhbətlərlə məhdudlaşmır. Bu həftə onların hər ikisi ilə bir neçə dəfə danışmışam və daim əlaqədəyik. Bundan əlavə, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov da bizimlə tez-tez görüşür. Xarici işlər naziri Sergey Lavrov isə ABŞ tərəfi ilə Xarici İşlər Nazirliyi xətti üzrə müntəzəm əlaqələri davam etdirir. Bildiyiniz kimi, Prezident Vladimir Putin və Prezident Donald Tramp da tez-tez telefon danışıqları aparırlar. Yəni dialoq tam şəkildə davam edir”, - deyə Dmitriyev bildirib.

O əlavə edib ki, ABŞ Prezidentinin mədəniyyət üzrə xüsusi nümayəndəsi də bu yaxınlarda Rusiyaya səfər edib və Rusiya mədəniyyəti haqqında olduqca müsbət fikirlər səsləndirib:

“Hazırda onu Rusiyanın mədəni irsi barədə həddindən artıq müsbət danışdığı üçün tənqid etməyə başlayıblar”, - deyə o vurğulayıb.

 

Dmitriyevin sözlərinə görə, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak edən ABŞ nümayəndələri Moskva və Sankt-Peterburqun müasir görünüşünün şahidi olublar. O bildirib ki, hər iki ölkənin iş adamları hətta birgə idman tədbirlərinin keçirilməsində də maraqlıdırlar.


“Amerika Ticarət və Sənaye Palatası ilə ilk Rusiya-ABŞ xokkey oyununun təşkili məsələsini müzakirə etdik. Qarşılaşma iyulun 1-də keçiriləcək. Həmçinin burada bir çox amerikalının səsini təmsil edən Kendis Ouensin də iştirak etdiyini görürük. O, Moskva və Sankt-Peterburqun necə müasir və inkişaf etmiş şəhərlər olduğunu nümayiş etdirir. Bu gün onunla görüşərək Rusiyanın müasir görünüşü barədə fikir mübadiləsi apardıq. Qərb isə bu reallığı gizlətməyə çalışır. Buna baxmayaraq, biz müxtəlif istiqamətlər üzrə dialoqu davam etdiririk”, - deyə Dmitriyev əlavə edib.


TASS
 Nuray Əliyeva

#Rusiya #ABŞ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər