Putin yanacaqla bağlı qanunu təsdiqləyib
Rusiya Prezidenti Vladimir Putin Vergi Məcəlləsinə daxili yanacaq bazarının təminatını stimullaşdırmağa yönəlmiş dəyişiklikləri nəzərdə tutan qanunu imzalayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, əsas yeniliklərdən biri kimi birbaşa distillə olunmuş benzinin digər komponentlərlə qarışdırılması yolu ilə istehsal edilən avtomobil benzininin aksiz vergisinə cəlb edilməsi mexanizmi tətbiq olunacaq. Bu üsulla yüksək oktanlı benzin istehsalı rəsmi olaraq yanacaq istehsalına bərabər tutulacaq.
Neft xammalının emalı üzrə şəhadətnaməyə malik vergi ödəyicilərinə, o cümlədən benzinin qarışdırılma yolu ilə istehsalı zamanı aksiz vergisi üzrə güzəşt veriləcək.
Qeyd edək ki, son vaxtlar Rusiyada kəskin yanacaq qıtlığı yaşanır.