Putin Zaporojyaya yönəlik hücumların davam etdiriləcəyini bildirib
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojya bölgəsinin müdafiəsi üçün uzun illərdir hazırlaşdığını bildirərək deyib:
“Zaporojyanın tam şəkildə azad edilməsi üçün yaxın vaxtlarda Şərq qrupu ilə birgə hücumların davam etdirilməsi lazımdır”.
Putin Rusiya ordusunun Ukraynadakı vəziyyəti ilə bağlı yüksək rütbəli hərbi rəsmilərlə videokonfrans üsulu ilə iclas keçirib.
Rusiya ordusunun Ukraynada irəliləyişini davam etdirdiyini bildirən Putin deyib:
“Ukrayna ordusu bütün döyüş xətti boyunca hər yerdə geri çəkilir”.
Putin Rusiya ilə Ukrayna sərhədləri arasındakı “təhlükəsizlik zolağının” genişləndirilməsinin vacibliyini vurğulayaraq bildirib:
“Bu, Rusiyanın sərhəd bölgələrinin təhlükəsizliyinin təmin olunması baxımından çox mühüm vəzifədir və 2026-cı ildə də mütləq davam etdirilməlidir”.
Zaporojya bölgəsindəki vəziyyətə də toxunan Putin qeyd edib:
“Düşmənin uzun illərdir orada müdafiə hazırlıqları apardığını anlayırıq və bunun fərqindəyik. Qarşıda bizi nə qədər çətin vəziyyətin gözlədiyini bilirik. Zaporojyanın tam şəkildə azad edilməsi üçün yaxın vaxtlarda Şərq qrupu ilə birgə hücumların davam etdirilməsi lazımdır”.
İclasda iştirak edən bəzi Rusiya hərbi rəsmiləri Putinə bildiriblər ki, Rusiya ordusu Severski Donets çayı boyunca, Donetsk vilayətindəki Konstantinovka yaşayış məntəqəsində, eləcə də Sumi və Slavyansk bölgələrində irəliləyiş əldə edib.
TRT XƏBƏR
Lalə Qurbanlı
