Putinin iqamətgahına iddia edilən dron hücumu
Rusiya Ukraynanı Putinin Valday gölü yaxınlığındakı iqamətgahına dron hücumu etməkdə ittiham edib və bunu “terror aktı” adlandırıb. Ukrayna iddianı tamamilə əsassız yalan kimi rədd edir, Rusiya isə heç bir sübut təqdim etməyib.
Analitiklər bu ittihamın Tramp-Zelenski görüşündən dərhal sonra ortaya atılmasını Kreml üçün “vaxtında qurulmuş səhnə” kimi qiymətləndirir və bunun Rusiyanın sərt mövqeyini əsaslandırmağa xidmət etdiyini bildirirlər.
Tramp hücum barədə Putindən eşitdiyini desə də, sübutların olub-olmadığının araşdırılacağını deyib. Ukrayna rəsmiləri isə belə bir hücumun baş vermədiyini vurğulayır və real təhlükəsizlik zəmanətlərinin vacibliyini önə çəkirlər.
BBC
Reyhan Quliyeva
